Bolqarıstan və Azərbaycan təkcə strateji tərəfdaş deyil, həm də ən yüksək səviyyədə siyasi dialoq aparan və bir sıra sahələrdə birgə layihələr həyata keçirən əsl dost ölkələrdir.
Bolqarıstan Prezidenti: "Azərbaycan etibarlı tərəfdaşdır"
Bu barədə Bolqarıstan Prezidenti Rumen Radev Sofiyada rəsmi səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görüşündə deyib.
Radev qeyd edib ki, Azərbaycan etibarlı tərəfdaşdır və Avropa İttifaqının enerji şaxələndirilməsində vasitəçidir.