Bakıda kütləvi dava zamanı ölən 2 nəfərin qətlində təqsirləndirilən Rauf Hüseynov, Ceyhun İsayev və Ramin İsayevin cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin hüquqi varisi mərhum Xəyal Rəhimovun anası Gülayə Rəhimova bildirib ki, oğlu günahsız yerə öldürülüb:
"Hadisənin səbəbkarı oğlumun dostu Orxan adlı şəxsdir. Orxan bu adamlardan narkotik vasitə alırmış. Oğlum Xəyal hadisə vaxtı nə içkili olub, nə də əlində bıçaq olub. Həmin gün təxminən axşam saat 9-da Xəyal evdən çıxaraq maşınla bir az dolaşacağını deyib. Orxanla təqsirləndirilən şəxslər arasında dava olanda Xəyal da onunla birlikdə söhbəti aydınlaşdırmaq üçün gedibmiş. Məhkəmədən təqsirləndirilən şəxslərin ən ağır cəza almalarını xahiş edirəm".
Şahid qismində ifadə verən təqsirləndirilən şəxslər Ceyhun və Ramin İsayevlərin anası İlahə İsayeva da ifadə verib.
O bildirib ki, digər təqsirləndirilən şəxs Rauf Hüseynov onun evində kirayədə qalıb:
"Həmin gün hamımız yatmışdıq. Çöldən səs eşitdik. Biz çölə çıxanda Orxanın söyüş söydüyünü, Xəyalın da onun yanında olmasının şahidi olduq. Mən onları sakitləşdirməyə çalışdım. Sonra oğlanlarım Ceyhun və Ramin, eləcə də Rauf dalaşdılar. Daha sonra Xəyalgil getdilər. Bir neçə dəqiqədən sonra 7-yə yaxın naməlum şəxs evimizə hücum etdi. Onların hər birinin əlində soyuq silah hesab edilən dəmir dəyənək gördüm. Hadisə vaxtı mən kimin ölməsinin və ya bıçaqlanmasının şahidi olmamışam".
Şahid qismində zərərçəkmiş şəxs, mərhum İlkin Rzayevin keçmiş həyat yoldaşı Nərmin Fətəliyeva dindirilib. O, bildirib ki, hadisədə adı hallanan qardaşı Orxanın heç bir günahı yoxdur: