“Çoxları deyir ki, o sənətkardır, bu oxuya bilmir. Mənə görə sənətkar sənətindən pul qazanmağı bacarmalıdır”. OLAy yazır ki, bu sözləri müğənni Kərim Abasov “Tarixin bir günü” verilişində deyib.
"Əla oxuyandır, amma pul qazana bilmirsə, o mənim üçün sənətkar deyil"
“Sənəti var, əla oxuyandır, amma pul qazana, özünü dolandıra bilmirsə, o mənim üçün sənətkar deyil. Hansı sənətin sənətkarı olursansa fərqi yoxdur. Təəssüf ki, mənim beynimdə budur” – deyə Kərim qeyd edib.