Azərbaycanda fəaliyyət göstərən bütün bankların 2020-ci ilin 1-ci rübü üzrə nəticələri məlum olub.
Pravda.az xəbər verir ki, birinci rübün sonunda ölkədə 30 bank fəaliyyət göstərsə də, aprelin 27-də Mərkəzi Bankın qərarı ilə 4 banka müvəqqəti inzibatçı təyin edilib. Onlardan iki bankın «ATABank» və «Amrahbank»ın lisenziyası geri alınıb.