"İkinci, üçüncü, dördüncü dalğa da ola bilər" - ÜST-dən MÜHÜM AÇIQLAMA

"İkinci dalğa koronavirus ilk yayılanda tutulmayanların virusa yoluxa bilməsidir".

 

Pravda.az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. Onun sözlərinə görə, epidemiya ilə bağlı görülən tədbirlər aradan qaldırılsa, say arta bilər: "Amma dalğa sayı ikidən də çox  arta bilər. Yəni müəyyən tədbirlər görüləcək, sonra yumlaşdılacaq, say bir az artacaq, daha sonra yenə tədbirlər görüləcək, yumşalma olacaq. Bunun nəticəsində, ikinci, üçüncü, dördüncü dalğa da ola bilər. Amma bundan qorxmaq lazım deyil. Səhiyyə kiçik-kiçik dalğaların qarşısını ala bilər. Əsas məsələ karantin rejimi olmayanda belə, özümüzü necə qorumalı olduğumuzdur".

Tarix: 1 May 2020, 15:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin