Moskvada evə baxış keçirildikdən sonra Rusiya Federasiyasının əməkdar artisti Ramilə İsgəndərin (Xisamova) üzərindən 2 kiloqram mefedron və bir doza kokain aşkar edilib.
Pravda.az lent.az-a istinadən xəbər verir ki, Penza Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Maruşkinskoye kəndində Rus Akademik Gənclər Teatrının 46 yaşlı aktrisasının evində axtarış aparıblar. Tədbir zamanı Xisamovanın evindən amfetamin və 0,05 qram kokain aşkar edilib. Bundan əlavə, onun avtomobilinin qapısının bəzəyinin altından çəkisi 1,966 qram olan iki bağlama aşkar edilib. Həmin bağlamaların içərisində mefedron olduğu müəyyən edilib.