Oğuz rayonunun Mollalı kəndində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. Xezerxeber.az-ın məlumatına görə, bu gün səhər saat 9 radələrində Mollalı kəndindəki meşəlik ərazidə 33 yaşlı Toğrul Kərimovun meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, ilkin araşdırma zamanı Toğrul Kərimovu 3 gün əvvəl odlu silahla öldürən şəxsin əvvəllər məhkum edilmiş 31 yaşlı Pərvin Məmmədov olduğu müəyyən edilib.
İddiaya görə, onlar arasında borc məsələsi olub. Toğrul Kərimov həmkəndlisi olan Pərvin Məmmədovu 3 gün əvvəl meşəlik əraziyə aparıb. Toğrul öldürmək məqsədilə apardığı Pərvin üçün əvvəlcədən qəbir də qazıb.