Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə İƏT-in məsul şəxsləri ölkəmizə işgüzar səfərə gəlib.
Pravda.az xəbər verir ki, Baş prokurorla nümayəndə heyətinin rəhbəri – baş katibin müavini, səfir Jandos Asanov arasında baş tutan görüş zamanı təşkilatın işinin təkmilləşdirilməsi, təşkilata üzv olan dövlətlər arasında hüquqi müstəvidə qarşılıqlı münasibətlərin, cinayətkarlığa qarşı mübarizə, eləcə də qarşılıqlı beynəlxalq hüquqi yardım üzrə birgə fəaliyyətin inkişaf etdirilməsi, əməkdaşlığın gələcək perspektivləri mövzusunda müzakirələr aparılıb.