Azərbaycan Respublikası Vəkillər Kollegiyası ilə Hüquq və İnsan Haqları İnstitutu publik hüquqi şəxsin birgə əməkdaşlığı çərçivəsində təlimləri davam edir.
Cari ilin sentyabr ayının 12-də Şirvan şəhərində yerləşən Olimpiya İdman Kompleksində və sentyabr 14-də isə Lənkəran şəhəri ərazisindəki “Luxe Hotel”də Vəkillər Kollegiyasının üzvləri, prokurorluq, ədliyyə qurumlarının əməkdaşları və hakimlər üçün Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) üzrə təlimlər keçirilib.