"30 min manatlıq təklifdən imtina etdim". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Sənətçi bildirib ki, buna səbəb təyyarəyə minə bilməməsidir:
"Dedim ki, istəmirəm, Allahın verdiyi ömürü vətənimdə salamat yaşamaq istəyirəm. 2003-cü ildə Moskvadan toydan gəlirdim, dedilər İranda təyyarə qəzaya düşüb, çoxlu adam ölüb. Onu eşidəndə özümə söz verdim ki, bir də təyyarəyə minməyəcəm".