"Azəriqaz" İstehsalat Birliyində ezamiyyə xərcləri o qədər şişirdib ki, artıq qurumun rəhbər şəxsləri dilə gəlib. Mia.az xəbər verir k, bu məlumatı Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı sosial media hesabında yazıb.
O bildirib ki, nəticə etibarı ilə "Azəriqaz"ın İqtisadiyyat və Uçot Departamentinin rəisi Marif Nəcəfov Baş direktorun istismar üzrə müavini Cahid Hüseynova rəsmi məktubla müraciət edib.
O, məktubunda birliyin xərclərinə SOCAR tərəfindən ciddi nəzaərt olunduğunu qeyd edərək, bildirib ki, son 7 ayda ezamiyyə xərcləri xeyli artıb.
Departament rəis hətta bir qədər də irəli gedərək yazıb ki, ezamiyyə xərclərinin artması satılmış qazın maya dəyərinə mənfi təsir göstərir.