Bakının Nardaran qəsəbəsinin "Kərbəlayi Natiq" kimi tanınan ağsaqqallarından biri Natiq Kərimov vəfat edib.
Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb.
Bakının Nardaran qəsəbəsinin "Kərbəlayi Natiq" kimi tanınan ağsaqqallarından biri Natiq Kərimov vəfat edib.
Pravda.az-ın xəbərinə görə, bu barədə sosial şəbəkədə onun yaxınları məlumat yayıb.
Bildirilib ki, dəfn mərasimi sentyabrın 17-də olacaq.
Qeyd: Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) 2016-cı ildə həyata keçirdiyi istintaq-əməliyyat tədbirlərinin nəticələrinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Sabunçu rayonunun Nardaran qəsəbə sakini Kərimov Natiq Əlövsət oğlunun xarici xüsusi xidmət orqanı əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilərək uzun müddət həmin orqan tərəfindən verilən tapşırıqları yerinə yetirməsi, Azərbaycanın dövlət təhlükəsizliyi zərərinə casusluq edərək dövlətə xəyanət etməsinə dair əsaslı şübhələr müəyyən olunub. Bununla əlaqədar N.Kərimov DTX-nin İstintaq Baş İdarəsi tərəfindən aparılan cinayət işi üzrə şübhəli şəxs qismində tutularaq 2016-cı il yanvarın 7-də Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə N.Kərimovun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Məhkəmənin hökmü ilə N.Kərimova 4 il sınaq müddəti olmaqla 7 il şərti cəza verilib.