Xəbər verildiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərə yüklərin iki istiqamətdən çatdırılmasına dair razılıq əldə olunub.
Qarabağdakı separatçı rejim açıqlama yayaraq "Azərbaycan dövlət nömrə nişanlı yük maşınları ilə Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklərini bəyan ediblər".
Guya Xankəndidə "humanitar böhran"ın yaşandığını iddia edən və bunu dünyaya car çəkən ermənilərin "Azərbaycan istehsalı heç bir məhsulu qəbul etməyəcəklərini bəyan etmələri" daha bir rasizm nümunəsidir.