Dünən Xəzər rayonu ərazisində yol polisi avtomobillərinin iştirakı ilə yol qəzası baş verib.
Mərdəkan-Zuğulba yolunda "Toyota” markalı avtomobil yol kənarında dayanmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinə məxsus "BMW” markalı xidməti avtomobilə çırpılıb. O da öz növbəsində qarşısında dayanmış digər DYP maşınını vurub.