BURADA REKLAMINIZ OLA
BİLƏR

Xırdalanda 5 min manat dəyərində məişət əşyaları oğurlanıb

Abşeron rayonunun Xırdalan şəhərində 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

 

Belə ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Xırdalan şəhərindəki evlərin birindən 5000 manat dəyərində məişət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Mahmud Mahmudov müəyyən olunaraq saxlanılıb.

 

Araşdırma aparılır.

Tarix: 18 Sentyabr 2023, 10:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin