BURADA REKLAMINIZ OLA
BİLƏR

Korotçenko: Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyasının başlanğıcıdır

Ağdam-Xankəndi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır.

 

Bunu Rusiyanın "Nasionalnaya Oborona" jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko bildirib.

 

Onun sözlərinə görə, separatçılar və onların lobbiçilərinin Ağdam-Xankəndi yolunun açılmasına mane olmalarına baxmayaraq sonda bu nəqliyyat arteriyası açılıb.

 

"Xeyir şərə qalib gəlir. Separatçılar və onların lobbiçiləri Ağdam-Xankəndi yolunun açılmasına nə qədər mane olsalar da, sonda bu nəqliyyat arteriyası işə başladı . Eyni zamanda, Azərbaycan qanunvericiliyi ilə müəyyən edilmiş sərhəd və gömrük prosedurlarına riayət olunmaqla Laçın yolu ilə avtomobillərin hərəkəti açılıb.

 

İndi “blokada” yoxdur, “kütləvi aclıq”, “soyqırımı” yoxdur - təbliğat qabığı uçdu getdi. Əslində bu, Qarabağ ermənilərinin Azərbaycanın siyasi-hüquqi məkanına praktiki olaraq reinteqrasiyasının başlanğıcıdır", deyə rusiyalı ekspert vurğulayıb./APA

Tarix: 18 Sentyabr 2023, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin