Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Erməni silahlı dəstələri Tbilisi-Bakı təyyarəsinə radiomaneə tətbiq etdi - Müdafiə Nazirliyi məlumat yaydı

704
Paylaş:
Erməni silahlı dəstələri Tbilisi-Bakı təyyarəsinə radiomaneə tətbiq etdi -     Müdafiə Nazirliyi məlumat yaydı

Azərbaycanın hava məkanından istifadə etməklə uçuşlar yerinə yetirən aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərimizdəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən növbəti dəfə radiomaneələr tətbiq edilib.

Pravda.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, sentyabrın 18-i Tbilisi-Bakı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının E-190 tipli sərnişin təyyarəsinə saat 20:28-dən 20:34-dək radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb.

Paylaş:

Ən son xəbərlər