""Azərbaycanın Milli Qəhrəmanı” adına xələl gətirən hərəkətlərə yol verdiyinə görə Surət Davud oğlu Hüseynov “Azərbaycanın Milli Qəhrəmanı” adından məhrum edilsin". Bu cümlə Prezident Heydər Əliyevin 30 oktyabr 1994-cü il tarixli Fərmanındandır (No: 236)".
“Surət Hüseynovun qəbrinin üzərindəki Milli Qəhrəman sözü yığışdırılsın!”
Bu məlumatla Əməkdar jurnalist Azər Həsrət çıxış edib.
"Göründüyü kimi, 4 iyun 1993-cü il qiyamını təşkil edərək Azərbaycan dövlətinə arxadan zərbə vurmuş Surət Hüseynov (döyüşən ordunu Qarabağdan çəkib Bakının üzərinə yürütmüşdü) o tarixdən etibarən Azərbaycanın Milli Qəhrəmanı deyil! Amma adamın qəbrinin üstünə Milli Qəhrəman olduğu yazılıb! Buna dözmək olmaz və dövlət baba bir zəhmət çəksin, o qəbir daşının üzərindəki gərəksiz ifadələrin yığışdırılmasına göstəriş versin", - A.Həsrət qeyd edib.