BURADA REKLAMINIZ OLA
BİLƏR

Sərnişinlər 1 saat 9 dəqiqə "həbs" edildi - Bakı-Sumqayıt qatarında xaos

Bu gün səhər saatlarında Bakı-Sumqayıt sürət qatarında qatarında xaos yaşanıb. Bu barədə Bakupost.az –a şikayətçilər məlumat veriblər.

 

Qeyd olunur ki, səhər 9 radələrində sərnişinlər 1 saat 9 dəqiqə qatarda qalmalı olublar:

 

“Belə rəzalət olmaz. Yolun yarısında qalmışdıq. Stansiya olmadığı üçün bu qatardan o qatara keçirdiblər. Nə qatar gedir, nə də qapını açırlar. İçəridə aləm bir-birinə dəymişdi. Sərnişinlərdən halı pisləşənlər oldu. Belə tragikomediya görünməyib. Azərbaycan Dəmiryolları İdarəsi xidmət səviyyəsi çox sürətlə "inkişaf" edir”.

Tarix: 19 Sentyabr 2023, 11:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin