BURADA REKLAMINIZ OLA
BİLƏR

Rəhman Rəhmanov oğlunun ölüm səbəbini AÇIQLADI

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanoğlu bu gün səhər saatlarında vəfat edib. Rəhman Rəhmanov Lent.az-a oğlunun ölüm səbəbini açıqlayıb.

 

“Xəstə yatmırdı, anidən olub. Trombu var idi, böyrəkləri işləmədi... Bu dəqiqə dəfnə hazırlaşıram, meyiti hələ ortadadır, danışa bilmirəm”, - o bildirib.

 

Qeyd edək ki, gözəl səsi olan Emil Rəhmanoğlu uzun müddət narkotik asılılığından əziyyət çəkib.  O, 2005-cı ildə "Azəri-star" mahnı müsabiqəsinin iştirakçısı olub. 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib. 

 

2 dəfə ailəli olub. 43 yaşı var idi.

Tarix: 19 Sentyabr 2023, 12:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin