BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qeyrətli oğullar canından keçir, sizin kimi bambılılar...” - Tolik əsəbləşdi

"TikTok" ölkədə dayandırılıb. Hansı səviyyəsiz tiktoker VPN-lə canlı yayım açsa, kimliyindən asılı olmayaraq, yıxıb-sürüyəcəyəm!" 

 

Bu müraciəti tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) edib. 

 

Sosial şəbəkə hesabında bu barədə yazan Tolik tiktokerləri sərt şəkildə tənqid edib:

 

"Jeton yolçuları! Rədd olun bu ölkədən! Sizdən qeyrətli oğullar canından keçir, şəhid olur ki, sizin kimi bambılılar jetonla camaatdan istifadə edəsiniz?

 

Bəsdir düşmənə bizi güldürdünüz! Bir neçə gün "TikTok"suz qalsanız, acından ölməzsiniz! Cavan, igid oğullar şəhid olur, bir neçə gün jeton dilənməsəniz heç nə olmaz!"

 

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, hazırda Azərbaycan Ordusunun mövqeləri intensiv atəşə tutulur.

 

Xəbərdə bildirilir ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı silahlardan intensiv atəşə tutur./Yenisabah.az

Tarix: 19 Sentyabr 2023, 16:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin