BURADA REKLAMINIZ OLA
BİLƏR

REAL Partiyası: İlham Əliyevin bu əməliyyatın gedişində də doğru qərarlar verəcəyinə əminik

Bu gün, 2023-cü il sentyabrın 19-da Qarabağdakı kriminal rejimin davam edən cinayətləri nəticəsində yenə Azərbaycan vətəndaşları – mülki şəxslər və polis əməkdaşları – həyatını itirdi. Davamlı cinayətlərə son qoymaqdan ötrü, bu gün Azərbaycan Ordusu tam hüquqi və mənəvi əsasla lokal anti-terror əməliyyatına başladığını elan etdi. 

 

Pravda.az xəbər verir ki, bu barədə REAL Partiyasının bəyanatında bildirilib.

 

Bəyanatda deyilir:

 

"Respublikaçı Alternativ (REAL) Partiyası bu əməliyyatın elan olunan məqsədlərini tamamən dəstəkləyir. Xüsusilə də onun dinc əhaliyə qarşı deyil, qanunsuz hərbi birləşmələrə və onların infrastrukturuna qarşı aparıldığına beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək üçün var gücü ilə çalışacaq. Bu baxımdan, mülki əhali üçün çıxış dəhlizlərinin yaradılması haqda Müdafiə Nazirliyimizin bəyanatını və bununla bağlı gördüyü işləri də zamanında atılmış doğru addım hesab edirik.

 

Prezident İlham Əliyevin Ali Baş komandan olaraq, 2020-ci ilin 44 günlük müharibəsi zamanı olduğu kimi, bu əməliyyatın gedişində də tamamən doğru qərarlar verəcəyinə partiya olaraq əminliyimizi ifadə edirik.

 

Müzəffər Ordumuza bu şərəfli, ədalətli və qanuni işində uğurlar olsun!"

Tarix: 19 Sentyabr 2023, 17:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin