BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədri: "AXCP, Müsavat və ReAl siyasi həmrəylikdən növbəti dəfə siyasi nakişilik edərək imtina etdilər"

"Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror tədbirlərinə tamlıqla dəstəkləyirik. Bu barədə 23 siyasi partiyanın birgə bəyanatı oldu. Bu bəyanatla hər kəs tanışdı. Silahlı Qüvvələrimiz qanunsuz hərbi birləşmələri aradan qaldırmaq üçün ciddi lokal anti-terror tədbirləri keçirilir. Mülki erməni sakinlərə toxunulmur. Azərbaycan vətəndaşı olmağa hazırlaşan bütün erməniləri qoruyur. Belə həssas bir məqamda çox təəssüf ki, yenə 3 siyasi partiya anti-milli mövqe tutdu. ReAl Partiyası, Müsavat Partiyası və AXCP öz ampluasında qaldı. Öz himayədarlarına xoş görünmək üçün götürdükləri öhdəliklərlə hərəkət edərək öz bölücük siyasətlərini davam etdirdilər".

 

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

 

"Birlikdən, siyasi həmrəylikdən növbəti dəfə siyasi nakişilik edərək imtina etdilər. Bu millətimizə, dövlətimizə olan növbəti riyakarlıq idi. Bu gün yeni bir tarix yazılır. Hansı ki, gələcək nəsillər bu günü tarix kitablarından öyrənib, ordusu, xalqı, siyasi rəhbərləri haqqında məlumat alıb fəxr edəcəklər. Heç şübhəsiz ki, tarixdə milli xəyanətkarların yeri olmayacaq. Onlar tarixin tullantılarında öz xəyanətləri ilə “yaşayacaq”… Öz siyasi hikkəsini, siyasi ambisiyasını Vətəndən üstün tutan bu cılız insanlara başqa söz tapmıram deməyə. Ar olsun!" - A.Şakiroğlu qeyd edib.

Tarix: 19 Sentyabr 2023, 20:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin