Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva “Avropa-Amerika Press-klubu”nun nümayəndələrini Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ bölgəsindəki qanunsuz erməni birləşmələrinə qarşı həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ilə bağlı məlumatlandırıb.
Səfir xarici jurnalistləri Qarabağdakı lokal antiterror tədbirləri ilə bağlı məlumatlandırdı
Diplomat bu barədə sosial şəbəkədə məlumat yayıb.
Avropa-Amerika Press-klubu”nun üzvlərini Parisdə qəbul etməkdən məmnunluq duydum. Azərbaycan, onun xarici siyasəti və beynəlxalq arenadakı rolu haqqında danışdım, son regional hadisələr, o cümlədən Azərbaycanın son lokal xarakterli antiterror tədbirləri ilə bağlı jurnalistlərin suallarını cavablandırdım.