Ukrayna və Gürcüstana öz ərazilərini terrorçulardan təmizləməyə icazə verilir, lakin Azərbaycana olmaz?
Bu barədə ABŞ Ali Hərbi Dəniz Qüvvələri Məktəbinin pedaqoqu, xarici siyasət üzrə ekspert Brenda Şaffer “X” sosial şəbəkə hesabında Amerika mediası və beyin mərkəzlərinin postsovet məkanında müxtəlif geosiyasi münaqişələrlə bağlı mövqeyini şərh edərək yazıb.
Şaffer vurğulayıb ki, Ukrayna ordusu rus qoşunlarını öz ərazisindən çıxarılmaq üçün döyüşəndə medianın “Yaşasın Ukrayna!” reaksiyasını görürük, Gürcüstanda oxşar münaqişə yaşanır və “İrəli, Gürcüstan!” reaksiyasının şahidi oluruq.