2020-ci ildə Türkiyədə qətlə yetirilmiş məşhur "qanuni oğru” Nadir Səlifovun (Lotu Quli) bacısı oğlunun da olduğu avtomobil güləbaran edilib.
Hadisə dünən yerli vaxtla gecə saat 22.30 radələrində Antalyanın Beylikdüzü Kavaklı küçəsində baş verib.
Nadir Səlifovun bacısı oğlu Maqamet Kurbanov, təqaüdçü polislər Yılmaz Dəmir, Mehmet Acermen və Gürcüstan əsilli İsrafil Orucovun olduğu avtomobil təqib edilib. Bir müddət sonra müəmmalı şəxslər maşına yaxınlaşaraq ona dəfə atəş açmağa başlayıblar. 19 güllə dəymiş nəqliyyat vasitəsi yol nişanı dirəyinə çırpılaraq dayanıb.
