Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Sumqayıtda usta çoxmərtəbəli binadan yıxılaraq ölüb

1 025
Paylaş:
Sumqayıtda usta çoxmərtəbəli binadan yıxılaraq ölüb

Sumqayıtda usta işlədiyi binadan yıxılaraq ölüb.

Pravda.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Hadisə sentyabrın 19-u saat 10 radələrində Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində qeydə alınıb.

Tikilməkdə olan çoxmərtəbəli binanın 9-cu mərtəbəsində usta kimi işləyən Taleh Həmidovun hündürlükdən yıxılması nəticəsində almış olduğu xəsarətlərdən ölməsi faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılmaqla ibtidai istintaq aparılır.

Paylaş:

Ən son xəbərlər