Azərbaycan Ermənistanla prosesin normallaşdırılmasına və sülhə hazırdır.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.
O qeyd edib ki, Ermənistan Azərbaycana qarşı bir neçə dəfə hibrid müharibə aparıb: “Bu da diplomatik formada yürüdülən müharibələr idi ki, diasporlar da buraya cəlb edilmişdi. Lobbi də Azərbaycana qarşı hibrid müharibələrə cəlb olunmuşdu. Bu məntiq bizə aydın deyil. Ermənistan hökumət olaraq Azərbaycanın ərazi bütövlüyünü qəbul edir, amma diplomatik addımlar bunun əksini deyir”.