Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Sülh sazişi ilə bağlı mühüm açıqlama

1 011
Paylaş:
Sülh sazişi ilə bağlı mühüm açıqlama

Sülh sazişi layihəsi ilə bağlı təxminən 70 faiz məsələ razılaşdırılıb.

Bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xarici İşlər Nazirliyində Bakıda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri üçün brifinqdə deyib.

O qeyd edib ki, Ermənistan da öz növbəsində, Qarabağın erməni sakinləri ilə bağlı etnik azlıq məsələsini sülh sazişində əks etdirməlidir:

“Bu, qarşılıqlı proses olmalı idi. Əfsuslar olsun ki, törədilən hibrid müharibələr, mənfi tendensiyalar növbəti intensiv danışıqların keçirilməsinə mane oldu. Hələ də bu məsələ Azərbaycanın gündəliyindədir və Azərbaycan hələ də sülh sazişinin tərəfdarıdır”.

Paylaş:

Ən son xəbərlər