Xəbər verdiyimiz kimi, lokal xarakterli antiterror tədbirləri nəticəsində ağ bayraq qaldıraraq təslim olan və danışıqlara razılaşan Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlax görüşü artıq başlayıb. Görüşdə əsas diqqətçəkən məqam müzakirənin oval masada aparılmasıdır.
Yevlax görüşündə diqqətçəkən detal - Masa niyə ovaldır?
Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, bunu 2 əsas səbəbi var:
"Birinci səbəb ermənilərin masada vizual "tərəf” kimi görünməsinə imkan verməmək, ikincisi isə həm də onları aşağılamadan daha effektiv müzakirə aparmaq, onların timsalında erməni əhalisinə Azərbaycanın bərabərhüquqlu vətəndaşı kimi yaşaya biləcəkləri mesajını verməkdir".