Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş mühüm əhəmiyyətə malikdir. Bunu Vesti.az-a müsahibəsində Azərbaycanın sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Sabiq nazir Vesti.az-a müsahibəsində Azərbaycanın Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri, Qarabağın erməni sakinləri ilə bağlı atılacaq növbəti addımları şərh edib və mümkün hadisələrlə bağlı sualları cavablandırıb.