"Mənfur düşmənin hər zaman arzusu olub ki, Yevlaxa, Kürün sahilinə qədər gəlsinlər. Bu gün arzularını Yevlaxda dəfn edəcəklər". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Sabahın xeyir, Azərbaycan" proqramında deyib. Yevlaxda olan xanəndə sözlərinə bunları əlavə edib:
"Bu gün Yevlaxda eyforiyalara, arzulara nöqtə qoyulacaq. Qürurvericidir ki, Ali Baş Komandanımız separatçıların, ermənilərin hər bir sitatda, fikirdə dediklərinin üstündən xətt çəkdi.