Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin videokonfrans formatında iclası keçirilib.
YAP-dan verilən məlumata görə, iclasda YAP-ın Təftiş Komissiyasının sədri, partiyanın Mərkəzi Aparatının əməkdaşları və yerli təşkilatların sədrləri də iştirak ediblər.
YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərinin uğurla başa çatmasının əhəmiyyətindən bəhs edib. YAP Mərkəzi Aparatının rəhbəri 21 sentyabrın Ümumdünya Sülh Günü kimi qeyd olunduğunu diqqətə çatdırıb: “Ümid edirik ki, bu gün Yevlax şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş də sülhə xidmət edəcək. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.