“Sentyabrın 19-da Azərbaycan iki mülki vətəndaşın və dörd polis əməkdaşının faciəvi ölümünə cavab olaraq Qarabağda antiterror tədbirlərinə başlayıb. Antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarının qarşısının alınması məqsədi daşıyır”.
Bunu BMT baş katibinin Avropa, Mərkəzi Asiya və Amerika üzrə köməkçisi Miroslav Yença BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı keçirdiyi iclasında çıxışı zamanı deyib.