Sumqayıt şəhərində şəhidin dəfni zamanı yaylım atəşindən qorxaraq yerə oturan, sonradan isə qəhqəhə çəkərək gülən iş adamının görüntüləri ictimaiyyətdə narazılıqla qarşılanıb. Söhbət "Qartal" Tikinti firmasının sahibi, iş adamı Şahin Məmmədovdan gedir. Sosial şəbəkələrdə qəhqəhə çəkib güldüyü üçün tənqid olunan Şahin Məmmədov Bizim.Media-ya açıqlamasında sözügedən fotonun qərəzli olaraq çəkildiyini bildirib:
“Orada hər şey açıq-aydın görünür ki, yaylım atəşi açılanda mən diksinirəm. Çünki mən bundan xəbərsiz idim. Diksinəndə isə yanımdakılar deyir “sən niyə qorxdun?”. Yanımdakı şəxs isə Sumqayıt Yeni Azərbaycan Partiyasının sədridir. Azərbaycan Neft və Sənaye Universitetinin prorektorudur.
Gülüşə səbəb olan məsələ mənim niyə qorxmağım oldu. Hər kəs insandır. Siz də, bir başqası da diksinə bilərdi. Mən qazi və şəhid ailələrinə Vətən müharibəsindən sonra 300 min manat pul ödəmişəm. Görün necə vicdansızdırlar ki, mənim kimi bir adamı bu cür qələmə veriblər. O fotonu çəkən Sumqayıtda yüngül həyat tərzi keçirən Əfsanə adlı bir qadındır. Tanıyıram.
O, vaxtilə məndən gəlib mebel istədi. Mən də bildirdim ki, 4 şəhidə mebel vermişəm, get başqa yerə müraciət et. Mebel vermədiyim üçün o xanım o fotonu yayıb. Onu çəkən normal adam olsaydı, diqqətini elə şəhidə yönəldərdi, Şahini niyə güdür? Aydın məsələdir ki, bu, qərəzli bir çəkilişdir”.
Şahin Məmmədov sosial şəbəkələrdə barəsində yazılanları da tənqid edib: