BURADA REKLAMINIZ OLA
BİLƏR

Şuşada mina partladı

2023-cü il 22 sentyabr tarixində Şuşa rayonunun Xəlfəli kəndi ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayışı baş verib.

 

Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) birgə məlumat yayıb.

 

Məlumata əsasən, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb.

 

“Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur.

 

Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür”, - qeyd olunub.

Tarix: 22 Sentyabr 2023, 14:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin