Sosial media, elektron poçt və ya SMS vasitəsilə göndərilən "Linkə keçid et, hədiyyə qazan" və fişinq məqsədi daşıyan saxta internet saytlarından ehtiyatlı olun.
DİN-dən əhaliyə XƏBƏRDARLIQ
Pravda az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin müraciətində bildirilib.
Müraciətdə deyilir: ““Hədiyyə qazandınız” kimi anidən gələn gözlənilməz mesajlara inanmayın! Belə linklərə klikləməyin. Şəxsi məlumatlarınızı paylaşmayın. Heç bir ödəniş etməyin”.