Ucar şəhərinin giriş qapısından yıxılan rayon sakini ağır xəsarət alıb.
Bu gün axşam saatlarında Ucar şəhərinin giriş qapısının üstünə çıxan rayon sakini, 1984-cü il təvəllüdlü Elvin Allahverdi oğlu Qasımov asfalt örtüyün üzərinə yıxılıb.
İlkin ehtimala görə, içki düşkünü olan şəxs giriş qapısının yaxınlığında yatırmış və əşyalarını məhz yıxıldığı yerdə, qapının yuxarı hissəsində gizlədirmiş.