Türkiyədə vəfat etmiş və cənazəsi Gəncəyə gətirilərək dəfn edilən sabiq Baş nazir Surət Hüseynovun məzar daşı müzakirələrə səbəb olub. S.Hüseynovun məzar daşının üzərinə onun Azərbaycanın Milli Qəhrəmanı olması yazılması etiraz yaradıb. Sosial şəbəkələrdə bununla bağlı çoxsaylı rəylər yazılıb, məzar daşının üzərindən bu sözlərin yığışdırılması tələb olunub. Məsələ ilə bağlı Yenisabah.az-a Elçibəy hökumətində dövlət müşaviri postu tutmuş Müsavat başqanı Arif Hacılı danışıb. O, insanların narazılığında haqlı olduğunu bildirib:
"Əslində bu etirazların səbəbi aydındır. Onun qəbri üzərində yazılan yazılara ictimai diqqətin olmasının mənası da bəllidir, çünki Azərbaycan cəmiyyəti 4 iyun qiyamının Azərbaycana hansı ağır , sağalmaz yaralar vurduğunu bilir və bunu səbəbkarının da Surət Hüseynov olduğunu yaxşı bilir. Məzar daşının üstündə yazılanlara ailə üzvləri qərar verir, onlar ora başqa sözlər, məsələn, müxtəlif şeirlər yazdıra bilərdilər. Amma məzar daşları üzərinə yazılan yazılara xüsusi senzura qoymağa ehtiyac yoxdur. İnsanların narazılığı da aydındır və onların dedikləri də həqiqətdir, çünki onun üzərindən Milli qəhrəman adı götürülmüşdü".
A.Hacılı vaxtilə S.Hüseynovun Milli Qəhrəman adını şantaj yolu ilə aldığını qeyd edib: