Azərbaycan hərbçiləri Kəlbəcər rayonunun Heyvalı kəndində iri silah anbarı aşkarlayıblar. Baku TV-nin əldə etdiyi məlumata görə, anbarda aşağıdakı hərbi sursatlar aşkarlanıb:
- 82 mm-lik minaatanın mərmiləri;
- “D-30” mərmiləri;
- “RGM-2” partlayıcıları;
- məsafədən idarəolunan partlayıcılar;
- qumbaraatanlar və iriçapli patronlar;
- hərbi ləvazimat;
- 20 mm çaplı mərmi, 200 ədəd;
- 30 mm çaplı top mərmiləri, 6 ədəd;
- “2A42” top mərmiləri;