Azərbaycanın Qarabağ bölgəsində davam edən cəmi 3 günlük tərksilah prosesi göstərdi ki, bu region işğal altında olduğu illər ərzində hərbi anbarların, toplanan silah-sursatın sayına görə dünyanın ən hərbiləşdirilmiş zonasına və bölgəmizin barıt çəlləyinə çevrilib.
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında qeyd edib.