Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ceyhun Bayramov iranlı həmkarını erməni birləşmələrinin tərk-silah olması barədə məlumatlandırdı

790
Paylaş:
Ceyhun Bayramov iranlı həmkarını erməni birləşmələrinin tərk-silah olması barədə məlumatlandırdı

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 78-ci sessiyası çərçivəsində iştirak edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Hüseyn Əmir-Abdullahiyan ilə görüşüb.

Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.

Tərəflər ikitərəfli və son regional hadisələrlə bağlı fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli şəxslərin reinteqrasiya prosesi və qeyri-qanuni erməni qüvvələrinin Azərbaycan tərəfindən tərk-silahı prosesi vurğulanıb.

Paylaş:

Ən son xəbərlər