Millət vəkili Qənirə Paşayevanın səhhətilə bağlı bəzi məqamlar aydınlaşıb.
Qənirə Paşayeva niyə komaya düşdü? - Vəziyyəti kritikdi
Bakupost.az -ın əldə etdiyi məlumata görə, deputat iki gün əvvəl səhərə yaxın xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirir. Əsas qan göstəriciləri, saturasiyası və təzyiqi çox aşağıdır. Məlumata görə, ona Mərkəzi Klinik Xəstəxanada ən yüksək səviyyədə tibbi xidmət göstərilir. Həkimərin fikrincə, bundan sonraki vəziyyət yalnız onun orqanizminin gücündən asılıdır.