Alman alimləri uzun araşdırmalardan sonra müəyyən ediblər ki, qadın gözəlliyi kişilərin psixoloji durumuna müsbət təsir edən amillərdən biridir. 5 illik elmi araşdırmalar göstərib ki, gözəl qadına müntəzəm olaraq baxan kişilərin sağlamlıq göstəriciləri baxmayan həmcinslərinə nisbətən daha yaxşıdır.
Xüsusən də, onların qan təzyiqi daha aşağı olur. Alman tədqiqatçıları belə qənaətə gəliblər ki, gözəl qadınla ünsiyyətdə olmaq kişilərə özlərini yaxşı formada saxlamağa kömək edir.
Kişilər üçün qadının təkcə sifət cizgiləri deyil, həm də digər nahiyələri cəlbedicidir.
Araşdırmalar zamanı aydın olub ki, gözəl qadın sinəsi kişilərin diqqətini maqnit kimi cəlb edir. Belə ki, qadının sinəsinə 10 dəqiqəlik baxmağın sağlamlığa təsir dərəcəsi idman zalında yarım saatlıq məşqə bərabərdir. 3 dəqiqə baxmaqsa, kişilərdə insult və infarkt ehtimalını yarıya qədər azaldır. Ümumilikdə isə qadın gözəlliyini seyr etmək kişilərin ömrünü 3-4 il uzadır.
Pravda.az Bizim.media-ya istinadən bildriir ki, mövzu ilə psixoloq Gülnarə Abuzərova bildirib ki, qadın bütün gözəlliklərin alisidir:
“Qadına olan diqqət, sevgi həyata olan heyranlıqdır. Elm sübut edib ki, gün ərzində gözəl qadınlarla ünsiyyətdə olan kişilərin enerjisi daima pozitiv olur. Bu kişinin həm maddi, həm psixoloji, həm də fizioloji durumuna çox müsbət təsir edir. Bir sözlə qadın gözəlliyi kişiləri həyata daha çox bağlayır. Onlarda mübarizlik ruhunu artırır. Yada salaq ki, kişilər bir Vətən, bir də sevdikləri qadınlar üçün fikirləşmədən ölümə gedirlər”.