Zaqatalada transformator yanıb.
Axşam saatlarında rayonun Yuxarı Tala Qaraxoba adlanan yayaş məhəlləsində 250 kilovatlıq transformatorda yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib.