Dövlət Təhlükəsizliyi Xidməti qaçaqmalçılıq yolu ilə İrandan külli miqdarda narkotik vasitə və psixotrop maddənin Azərbaycana keçirilməsinin qarşısının alınması üçün keçirilən əməliyyatın görüntülərini yayıb.
Pravda.az-ın xəbərinə görə, Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsində, daşınmasında və qaçaqmalçılığında şübhəli şəxs qismində saxlanılıb.