Hərbi qulluqçumuz Əkrəm Yunis oğlu Şadmanov ordumuza məxsus “KamAZ” markalı yük maşınının minaya düşməsi nəticəsində şəhid olub. Bizim.media xəbər verir ki, Əkrəm Şadmanov 1984-cü ildə Kəlbəcər rayonunda anadan olub.
Rütbəcə polkovnik-leytenant olan Şadmanov “N” saylı hərbi hissənin qərargah rəisi olub. Şəhid hərbçimiz İkinci Qarabağ müharibəsində, lokal antiterror tədbirlərində fəal iştirak edib.