“Milli Məclisin Mədəniyyət komitəsinin sədri deputat Qənirə Paşayevanın vəziyyəti stabildir”. Bunu Oxu.Az-a açıqlamasında Qənirə Paşayevanın əmisi, professor Qəzənfər Paşayev deyib.
Əmisi deputatın vəfat etməsi ilə bağlı yayılan xəbərlərin yalan olduğunu qeyd edib: “Yayılan ölüm xəbəri yalandır. Qənirənin vəziyyəti eynidir. Aparata qoşulub. Hamı irəliləyiş olmasını gözləyir. Dünən cüzi irəliləyiş oldu. Təzyiqi qalxdı. Hazırda səhhəti ağır stabil olaraq qalıb”.