Deputat Qənirə Paşayevanın vəziyyəti açıqlanıb. Əmisi Qəzənfər Paşayev deyib ki, yayılan xəbərlər (ölümlə bağlı) yalandır, Qənirə Paşayeva hazırda aparata qoşuludur.
Qənirə Paşayeva ilə bağlı AÇIQLAMA
O bildirib ki, Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır: “Ayrı bir şey də yoxdur. Deyilən xəbərlər yalandır”.
Qardaşı Hüseyn Paşayev də APA-ya deyib ki, bacısının vəziyyəti ağır-stabildir: “Hazırda buradayıq. Yeni heç nə yoxdur. Vəziyyəti əvvəlki kimidir”.