Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırması davam edir. "Qafqazinfo”nun məlumatına görə, iş üzrə ittiham olunanlardan biri də nazirliyin Mənzil-İstismar İdarəsinin rəisi polkovnik Fikrət Mirzəyevdir.
Polkovnik Mirəzəyev bir qrup şəxslə əlbir olaraq ümumilikdə mənimsəmədə ittiham olunur.
F.Mirzəyev mənimsənilən 3 milyon 380 min manatın yalnız 111 min manatının ona aid olduğunu iddia edib.
Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən iclasda Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və Əsaslı təmir bölməsinin rəisi Rəhim Laçınov şahid qismində ifadə verib.
Generalın deyib ki, təqsirləndirilən şəxslə istintaq dövründə üzləşmə keçirilib. Həmin vaxt Mirzəyev şirkətlərin nağd şəkildə qaytardığı 369 min manatı ona verdiyini bildirib:
"Fikrət Mirzəyev mənim tabeliyimdə olmayıb. Maliyyə Nazirliyi Mənzil-İstismar Sahəsi üçün vəsaiti Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə köçürmürdü. Həmin idarə belə desək ayrıca hərbi-hissə idi. Ona görə də birbaşa sifarişlər edə bilirdilər. Mənə 369 min manat pul verilməyib”.
Fikrət Mirzəyev generalın ifadəsinə düzəliş edərək qeyd edib ki, 2019-cu ilə kimi işlədiyi idarəyə vəsaiti Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsi köçürüb, ondan sonra Maliyyə Nazirliyinə həvalə edilib:
"İstintaq dövründə verdiyim ifadəyə gəldikdə isə əvvəlki mövqeyimdəyəm. Nizami Məmmədovun sözündən elə çıxır ki, mən onun əleyhinə ifadə vermişəm. Biz kişi şalvarı geyinirik, kiməsə böhtan atmaq yaraşmaz”.
Məhkəmə tərkibinə daxil olan hakimlərdən biri şahidə büdcədən ayrılan pulların gələcək taleyi ilə bağlı sual verib:
"Bəs bu ayrılan pulların necə xərcləndiyinə, yeyilib-yeyilmədiyinə kim nəzarət edirdi?”
Nizami Məmmədov cavabında "biz smetaya uyğun pul köçürürdük. Sonradan həmin pullar hara xərclənirdi, düz istifadə olunurdu ya yox onu bilmirəm. Bu işlərə nəzarət edən ayrıca idarə var idi”.
Prosesin davamında Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin Əsaslı təmir idarəsinin rəisi Rəhim Laçınov ifadə verib.
Şahid deyib ki, qiymətlərin şişirdilməsindən əldə olunan pulları toplayaraq Fikrət Mirzəyevə verib: